Həyat yoldaşının gözü qarşısında boğuldu
YENİCAG.AZ xəbər verir ki, Türkiyədə dəhşətli hadisə baş verib. Beləki, hadisə Bartın Büyükkızılkum Çimərliyində baş verib. Sərinləmək üçün girdiyi dənizdə dalğalara qapılaraq itən 30 yaşındakı Kenan Köklü, aparılan axtarışlara baxmayaraq tapılmayıb.
Həyat yoldaşı 27 yaşındakı Aysun Köklü ilə Karabüktə yaşayan qohumlarına qonaq getmişdi. 2 gün əvvəl qohumlarıyla birlikdə istirahət etmək üçün Bartın Büyükkızılkuma gələn Köklü ailəsi, axşam saatlarında sərinləmək üçün dənizə girib. Üzə bilmədiyi öyrənilən Kenan Köklü tək üzməyə başlayıb. Sahildən təxminən 3 metr aralanan Köklü, bir anda dalğalara qapılaraq, gözdən itib.
Yoldaşının dənizdə itdiyini görən Aysun Köklü, vəziyyəti dərhal polisə bildirib. Hadisə yerinə gələn Amasra Sahil Təhlükəsizlik Komandirliyinə bağlı xilasedici qruplar, dənizdə axtarış işlərinə başlayıb. Həyat yoldaşı gözləri qarşısında boğulan və doğumuna bir ay qaldığı öyrənilən Aysun Köklü, təcili yardımla Bartın Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.
Xilasedicilərin dənizdə və su səthində apardığı 3 saatlıq axtarış işlərinə baxmayaraq Köklü tapılmayıb. Havanın qaralması səbəbi ilə işlər təxirə salınıb. 2 il əvvəl ailə quran Kenan Köklünün yoldaşının 1 ay sonra doğum edəcəyi öyrənilib.
Axtarış işlərinin sabah Səhərdən etibarən davam ediləcək.