!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyat yoldaşının üzərinə benzin töküb yandırdı – Dəhşətli qətlin təfərrüatları

!Reklam – Yazi

3 uşaq atası olan kişi həyat yoldaşını amansızca qətlə yetirib.

Yenicag.az türk mənbələrinə istinadən xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir vilayətində baş verib. Buna səbəb 3 uşaqlı Güllü və Can Y. Cütlüyü arasında qısqanclıq zəmnində münaqişənin başlaması olub. Belə ki, Güllü Y.-nin çalışdığı şirkətin servis avtobusunda sürücünün yanına oturması həyat yoldaşının qəzəbinə səbəb olub. Cütlüyün uzun müddət davam edən münaqişəsi qanla nəticələnib.

Öz təqsirini qəbul edərək polisə təslim olan Can Y. bu cür hadisələrin dəfələrlə təkrarlandığını, həyat yoldaşının çalışmasına etiraz etdiyini bildirib. Onun sözlərinə görə, hadisənin baş verdiyi gün Güllü Y. ərinin ona təzyiq göstərməsinə əsəbləşərək özünü öldürməklə təhdid edib. Hətta bu məqsədlə küçəyə çıxıb özünü maşınların qarşısına atmaq istəyib. Onun bu hərəkətindən daha da qəzəblənən ər benzin gətirərək üstlərinə töküb. Çaxmağı nə zaman yandırdığını xatırlamadığını bildirən cinəyatkar hər ikisinin od tutduğunu görərək özünü su ilə söndürüb. Güllü Y. isə pəncərədən tullanaraq asfalta çırpılıb. Qonşular onu təcili şəkildə xəstəxanaya çatdırıblar. Lakin qadın 12 gün davam edən reanimasiyadan sonra ölüb.

Qeyd edək ki, hadisə zamanı cütlüyün 12 yaşlı Zeynəb adlı qızları da otaqda olub. O, yanğın səbəbilə kiçik xəsarətlər alıb.

COP29

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv