Reklam

Reklam

Peşəkar gürcü fotoqraf Nino İnadzenin çəkdiyi Heydər Əliyev Mərkəzinin fotosu Avropa Fotoqrafları Federasiyası (FEP) tərəfindən ötən 2017-ci ilin ən yaxşı fotosu kimi qiymətləndirilib.

Yenicag.az saytının məlumatına görə, fotoqraf APA-ya açıqlamasında bildirib ki, həmin foto FEP-in rəsmi “Facebook” səhifəsində keçirilmiş müsabiqədə 12 foto arasında 1800-dən çox “bəyənmə” toplayaraq, 2017-ci ilin ən yaxşı örtük şəkli adına layiq görülüb.

Gürcüstanın Fotoqraflar Assosiasiyasının üzvü olan N. İnadze Heydər Əliyev Mərkəzinin fotosunu ötən ilin may ayında Bakıda olarkən çəkib. O, həmçinin Gürcüstanın Fəal Azərbaycanlı Qadınları Assosiasiyasının üzvüdür.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 861
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."