Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Heydər Əliyev onu əfv etmişdi..." - Fransada güllələnən "qanuni oğru" ilə bağlı FAKTLAR

Xəbər verdiyimiz kimi kriminal aləmdə “Opasnı Roma” və ya Rahim Şəkinski ləqəbi ilə tanınan Rahim Namazov Fransanın Colomie şəhərində arvadı ilə birlikdə güllələnib.

Hadisənin motivi istintaq zamanı məlum olacaq.

Maraqlıdır ki, o, bir müddət əvvəl “qanuni oğru” “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovu və onun yaxınlarını təhqir etməklə gündəmə gəlmişdi. Bundan başqa Namazov illər öncə Fransa mətbuatına verdiyi müsahibədə özünü jurnalist kimi təqdim etməklə yanaşı , “Əlillər” qəzetinin əməkdaşı olduğunu da bildirib.

Görəsən, o, doğrudanmı jurnalist kimi fəaliyyət göstərib? Məsələni dəqiqləşdirmək məqsədi ilə sözügedən qəzetin sabiq əməkdaşı, jurnalist Rey Kərimoğlu ilə əlaqə saxladıq.

Yenicag.az-a açıqlama verən Kərimoğlu onun jurnalist yox, qəzet satan olduğunu bildirib:

“Mən 1997-ci ildən “Əlillər” qəzetinin baş redaktor müavini olmuşam. Baş redaktor da Müştəba İsmayıloğlu idi. Artıq vəfat edib. O vaxt Rahim Namazov jurnalist olmayıb. Sadəcə, Müştəba müəllim onu qəzetimizin bir hissəsini nəşriyyatdan götürüb, satmaq üçün tapmışdı. Yəni o adam jurnalist yox, qəzetin satıcısı olub. 2001-ci ildə Qarabağ əlillərinin etiraz aksiyasında Dərnəgüldə müəyyən qarışıqlıqlar oldu. Həmin vaxt o da kütlənin içərisinə qoşulmuşdu. Həmin ərəfədə polisə müqavimətə görə həbs olundu. 6 ay Bayılda “yatdı”. O vaxt rəhmətlik Heydər Əliyev onu əfv etdi. Tək o deyildi, tutulan çox idi. Onsuz da Rahim nə Qarabağ əlili idi, nə də döyüşçü… Bizə qəzeti satan lazım idi, baş redaktor da onu bu işə cəlb etmişdi. 2011-ci ildən sonra bir müddət yoxa çıxdı. Əlaqəmiz də olmadı. Bir də eşitdim ki, xaricdədir. Nə qəzetdə yazı yazıb, nə də araşdırma aparıb”.

Emin Səfərov

www.yenicag.az

5671
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS