!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Məmmədov bu işə görə protest verdi - Hökm dəyişdi

!Reklam – Yazi

Baş prokurorun müavini Heydər Məmmədov dələduzluqda təqsirli bilinən şəxsə cəza təyin edilərkən qanun pozuntusuna yol verilməsi ilə bağlı məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Heydər Məmmədov tərəfindən verilmiş protest cəza birləşdirmə mexanizmində cinayət qanununun düzgün tətbiq edilməməsi ilə bağlı olub.

Məsələ ondan ibarətdir ki, təqsirləndirilən Əhmədi Pur Elvin İbrahim oğlu əvvəllər bir neçə dəfə dələduzluğa görə məhkum edilib, lakin cəzaçəkmə müddəti bitmədən yenidən eyni xarakterli cinayət törədib.

Sonuncu dəfə o, cəzaçəkmə müəssisəsində tanış olduğu məhkum yoldaşının etibarından sui-istifadə edərək ona guya “əfvə düşməkdə köməklik göstərəcəyini” vəd edib. Bu adla həmin şəxsin 6 min manatını ələ keçirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əhmədi Pur Elvinə bu cinayətinə görə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun əvvəlki cinayətinə görə də 7 il 6 ay həbs cəzası var idi.

Məhkəmə indiki cəzanı (2 il 6 ay) daha əvvəlki (7 il 6 ay) cəza ilə qismən birləşdirməklə Əhmədi Pur Elvini ümumilikdə 8 il azadlıqdan məhrum edib. Cəzanın əvvəli isə əvvəlki cinayətinə görə tutulduğu gündən (2021-ci ilin dekabrından) hesablanıb.

Qeyd olunan hökmdə əvvəlki cəza müddətinin nə qədərinin artıq çəkildiyi və yeni cəzanın qəti necə birləşdirilməsi ziddiyyətlər yaranıb. Məhz bu səbəbdən baş prokurorun müavini dövlət ittihamçısının təklifindən və hakimin qərarından narazı qalıb.

Heydər Məmmədov protestində yazır ki, hökmdə təqsirləndirilən şəxsin əvvəlki 7 il 6 ay cəza müddətinin çəkilməmiş hissəsi nəzərə alınmalı, yalnız çəkilməmiş 4 il 7 ay yeni 2 il 6 ay cəza müddəti ilə qismən birləşdirilməli idi. Bundan başqa təyin edilmiş cəzanın başlanğıcı sonuncu hökmün elan edildiyi gündən hesablanmalıdır.

Məhkumun özü də hökmün protestdə deyildiyi kimi dəyişdirilməsinə etiraz etməyib.

Zamin İbrahimovun sədrlik etdiyi apellyasiya instansiyası hakimləri işlə tanış olduqdan sonra baş prokurorun müavininin protestini əsaslı hesab ediblər.

Qərara əsasən Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Əhmədi Pur Elvinə bu dəfə 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin cəzanın başlanğıcı sonuncu hökmün çıxarıldığı gündən- 2024-cü ilin 6 noyabrından hesablanıb.

Hökmün dəyişdirilməsi əslində təqsirləndirilən şəxsin cəza müddətinə təsir etməyib. Sadəcə cinayət qanunun norması düzgün tətbiq edilib. Bu hal gələcəkdə hüquq ictimaiyyəti və cinayət prosesi iştirakçıları üçün əhəmiyyətli olacaq.

www.yenicag.az

81
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv