!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hicabfobiyaya Fazil Mustafadan möhtəşəm cavab – “Hicab insanı eybəcərləşdirir?”

!Reklam – Yazi

fazilmustafa26

Fazil Mustafa, millət vəkili

“Sosial şəbəkədə diqqətimi maraqlı bir paylaşım cəlb etdi. Türkiyənin baş nazirinin xanımının fotosunu nəzərdə tutaraq beləcə də yazmışdılar:  “Baxın da, hicab qadını necə eybəcər edir.” Doğrudanmı qadını eybəcər edən hicabdır? Bəlkə bu qadın qayğıkeş bir anadır, fədakar bir həyat yoldaşıdır, atası, anası üçün gözəl övladdır, qaynatası, qaynanası üçün yaxşı gəlindir, nə bilim yaxşı qonşudur, xeyriyyəçidir. Birdən-birə fiziki görünüşünə görə insana eybəcərlik adını yapışdırmağın etik tərəfinə bir qədər sonra toxunacağam.

85684Yaşlı xanımdır, hansısa xəstəliyinin olması mümkündür, fiziki görüntüsü ilə diqqətçəkici deyil, ancaq bu xanımın funksiyası gözəllik nümayiş etdirmək deyil ki. Baş nazir olan həyat yoldaşını müşayət etmək funksiyasını protokola uyğun yerinə yetirir. Bu qadın əlil arabasında olsaydı necə, o zaman daha da eybəcər olduğunu söyləyəcəkdiniz? Onkoloji xəstəlikdən saçları tökülsəydi necə? Təsadüfi bir qəzada üzünün bir hissəsi yansaydı necə? Bir Afrika ölkəsinin prezidentinin xanımını görsəydiniz necə, ilk öncə dərisinin rənginə, qəbilə geyiminə görə eybəcərliyinimi vurğulayacaqdınız? Kimsə yaşına görə, doğuşdan şansına görə gözəl görünməyə bilər, çimərlik paltarında da, normal modern geyimdə və ya hicabda ola bilər, və kimlərinsə zövqünü oxşamaya bilər, ancaq eybəcər ifadəsinin işlədilməsi, bu ifadəni işlədənin tərbiyəsinin, insanlığının olmamasının birmənalı sübutudur. Ümumiyyətlə, Hüseyn Cavidin Gülbaharının gözəllik nədir sualına verdiyi cavabı idrak edirsinizmi? Yaxud Mopassonun hər il məşuqələrindən hamilə qalaraq xüsusi üsullarla şikəst uşaqlar dünyaya gətirib satan cazibədar qadın obrazını xatırlayırsınızmı? Hüqonun Notrdam kilsəsindəki insanpərvər əcaib məxluğunu necə, yada salırsınızmı? Mən kiminsə geyim tərzinə qarışmağı sevmirəm, hamının torpağa qovuşacağı bu fani dünyada kiminsə əbədi gözəllik daşıyıcısi olmadığını anlayıram, Kleopatranın burnuna vurulmuş romalı cəngavərin keçici duyğularından da xəbərim var.

Sadəcə bu misalları önə çəkərək bir baş nazirin xanımını yaşına, geyim tərzinə görə eybəcər adlandıranlara da, onlarla həmfikir olanlara bunun insanlıqdan uzaq bir davranış olduğunu xatırlatmaq istəyirəm. Eybəcərlik qətiyyən geyimlə bağlı deyil, birbaşa əxlaqla, insana münasibətlə, dünyagörüşlə, fərqli situasiyalarda davranışlarla bağlı qiymətləndirmə meyarı ola bilər. Ancaq qüsurlu görünüşünə görə, hicaba görə bir insana, hələ bir qadına üstəlik də öz həmcinsləri tərəfindən eybəcər demək, sadəcə eybəcərlikdir.”

 

www.yenicag.az

1098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv