!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hizbullah” liderinin yerini kim satıb? – SEPAH nümayəndəsindən şübhələnirlər

!Reklam – Yazi

Həsən Nəsrullahın öldürülməsindən və İsrailin digər əməliyyatlarından sonra İran və “Hizbullah” Mossadın sızmasını araşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Livanın hərbiləşdirilmiş “Hizbullah” qrupunun lideri Həsən Nəsrullahın qətli ilə bağlı İran hakimiyyətini israillilərin İranın yüksək hökumət dairələrinə mümkün nüfuzunu araşdırmağa sövq edib.

“Hazırda İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) və İran təhlükəsizlik xidmətində xaricə səfər edən və ya xaricdə qohumları olan şəxslərə xüsusi diqqət yetirilməklə yoxlamalar aparılır. Livana səfər edən və Nəsrullahın harada olduğunu soruşan SEPAH-ın bir nümayəndəsi şübhə doğurub. O, artıq həbs olunub”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, ölümündən günlər əvvəl Nəsrullaha təhlükə barədə xəbərdarlıq edən İranın ali dini lideri Ayətullah Əli Xamenei şənbə günündən etibarən İranda təhlükəsizdir. İran isteblişmentinə yaxın mənbə bildirib ki, Xamenei artıq heç kimə güvənmir.

“Eyni zamanda, “Hizbullah” İsrail agentlərindən xilas olmaq üçün yoxlamalar aparır. Peycer və radioların bombalanmasından dərhal sonra “Hizbullah” genişmiqyaslı araşdırmaya başlayıb və yüzlərlə insan dindirilib. Təhqiqata təşkilatın yüksək vəzifəli üzvü Nabil Kauk rəhbərlik edib. O, tez hərəkət edib, lakin Nəsrullahın öldürülməsindən bir gün sonra Kauku öldürülüb və daha sonra istintaqda iştirak edən bir sıra digər şəxslərə qarşı əməliyyatlar keçirilib”, – agentlik yazır.

Agentliyin mənbəsi bildirib ki, ümumilikdə Nəsrullahın öldürülməsi İran və “Hizbullah” arasında, eləcə də “Hizbullah” daxilində etimadsızlıq yaradıb.

“Hizbullah”ın özü hələ də liderinin ölümündən sonra özünə gələ bilmir və İsrailin qruplaşma sıralarına necə uğurla nüfuz etməsindən şokdadırlar. “Hizbullah” da depressiyaya düşüb ki, İsrailin zərbələri səbəbindən Nəsrullah üçün milli dəfn təşkil edə bilmir. Qrup Nəsrullahın varisinin təyin olunmasından dərhal sonra İsrailin onu öldürəcəyindən ehtiyat etdiyi üçün hələlik rəsmi olaraq onun varisinin adını çəkməyib”, – deyə məlumatda qeyd olunur.

Rafi Müslümov

COP29

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv