Hüseyin Büyükfırat: "Türk dünyası iqtisadi inteqrasiya mərhələsinə daxil olur"
“Türk dünyası iqtisadi inteqrasiya mərhələsinə daxil olur”.
Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.
Onun sözlərinə görə, bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat şəbəkələrinin birləşdirilməsi, investisiya mühitinin gücləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlar atılır. Eyni zamanda rəqəmsal və yaşıl transformasiya sahələrində ortaq layihələr həyata keçirilir.
H. Büyükfırat vurğulayıb ki, Türkiyə və Azərbaycanın liderliyi ilə türk dünyası artıq iqtisadi inteqrasiya mərhələsinə qədəm qoyub. Bu prosesin mərkəzində isə iş dünyası, sahibkarlar və investorlar dayanır.












