!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcma əsaslı məktəb modeli təcrübəsinin inkişafı üçün təkliflər hazırlandı

!Reklam – Yazi

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məktəb icmalarının bilik və bacarıqlarının artırılmasına dəstək” layihəsi həyata keçirilib.

Layihənin məqsədi mövcud məktəb icmalarının bilik və bacarıqlarının artırılması və icmaları formalaşdırmayan məktəblərdə maarifləndirmə tədbirlərinin aparılması ilə alternativ modellərin müəyyən edilməsidir. 3 aylıq dövrü əhatə edən layihə çərçivəsində məktəb, ailə və icma münasibətlərini tənzimləməsi sahasində mövcud təcrübələrin təhlilini, bu istiqamətdə mümkün islahatlarla əlaqədar təklifləri əks etdiən araşdırma sənədi, məktəb-valideyn əməkdaşlığı üçün icma əsaslı məkətb modeli ilə bağlı kiçik sosial çarx və buklet hazırlanıb. Eyni zamanda 83 və 113 saylı orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.

Araşdırma nəticəsində əsas məsələlərdən birinin mövcud valideyin komitələrinin bilik bacarıqlarının artırılmasına ehtiyacın olduğu və gələcəkdə icma əsaslı fəaliyyətləri üçün davamlı proqram dəstəklərinə ehtiyacların olduğu meydana çıxıb.

Məktəblərdə keçirilən maarifləndirmə tədbirlərində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ekpert Məleykə Əlizadə icma əsaslı məktəblərin təşviqi barədə danışıb, valideyn – məktəb münasibətlərində mövcud çətinlikləri və boşluqları vurğulayıb, və ya bu sahədə şəffaflığın artırılmasıan ciddi ehtiyacı olduğunu qeyd edib. O bildirib ki, məktəb-valideyn münasibətlərinin effektiv və səmərəli olması üçün valideynlərin qərar qəbul etmə prosesində iştirakı təmin edilməlidir.M.Əlizadə, həmçinin araşdırmanın nəticələrinə əsasən icma əsaslı məktəb modelinin geniş tətbiqi, səmərəli nəticələr əldə edilməsi üçün tövisyyələrini verib. Qeyd edilib ki, məktəb-valideyn münasibətlərinin effektiv və səmərəli olması üçün ictimai fəaliyyətlər və digər təhsil məsələləri ilə bağlı ictimai dinləmələrin təşkil edilməlidir. Məktəblərdə valideynlərin iştirakçılıq səviyyəsini yüksəltmək, məktəb-müəllim-valideyn əməkdaşlığının tövhə verməsi üçün məktəb rəhbərliyi və valideynlərə mütəmadi təlimlərə cəlb olunmalıdır.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İB tərəfindən icma əsaslı məktəb modelinin daha geniş miqyasda tətbiqi və mövcud praktikanın yaxşılaşdırılması ilə əlaqədar təklifləri də əks etdirən araşdırması Təhsil Nazirliyinə və Nazirlik yanında İctimai Şuraya təqdim edilib.


www.yenicag.az

1275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv