İcra başçısı buna görə şiddətli töhmət alıb

media-hightechnic-468x90

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.

media-banner_tkm

Yenicag.az Unikal.az-a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində yoxlama aparılıb. Yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Həmçinin məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə 5 nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:

Elvin Quliyev – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

Şahin Bayramov – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,

Samir Quliyev – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05