!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı qadını vəhşicəsinə döydürdü – ŞOK VİDEO

!Reklam – Yazi
1466022437_1Masallı rayon sakini Nəzərova Zəminə Ağabala qızı ölkə başçısı İlham Əliyevə, Baş nazir Artır Rasizadəyə, Milli Məclisin sədri Oqtay Əsədova, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, Ombudsman Elmira Sülymanovaya, Masallının deputatı Nəriman Əliyevə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və Kütləvi İnformasiya Vasitələrinə müraciət ünvanlayıb. 
Z.Nəzərova müraciətində bildirir ki, 1998-ci ildə kommersiya məqsədilə rayon İcra Hakimiyyətindən aldıqları ərazidə yarımçıq qalmış obyekti tikib başa çatdırmaq və ölkə başçısının məlum tapşırığından sonra sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək istəyiblər. Ancaq Masallı rayon İcra Hakimiyəti başçısı Rafil Hüseynov onlara əngəl yaradıb. Belə ki, İcra Hakimiyyətinin Baş memarı Abbas Mikayılov onunla görüşərək 10 000 manat pul tələb edib. Bu pulun isə Rafil Hüseynova çatacağını bildirib.
Rafil Hüseynov
Z.Nəzərova bu məbləği verməkdən imtina etdiyi üçün icra başçısının göstərişi ilə təzyiqə məruz qaldığını iddia edib. O bildirir ki, bundan sonra icra başçısı obyekti tikməyə icazə verməyib və əraziyə polis dəstəsi göndərib. Polis əməkdaşları isə tapşırığın icra başçısı tərəfindən verildiyini əsas gətirərək vətəndaşa dəhşətli işgəncə veriblər.
Nəzərovanın yaxınları tərəfindən Yutubda yayılan videogörüntüdən də polislərin ona qarşı yol verdiyi qanunsuzluq və dəhşətli işgəncə faktı deyilənləri təsdiq edir.
Maraqlı məqam ondan ibarətdir ki, Z.Nəzərova çoxsaylı xəsarət almasına baxmayaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına da qəbul edilməyib. Videodan da aydın görünür ki, polislər xəstəxanaya gələrək onun orada yerləşdirilməsinə mane olurlar. Nəzərova bu tapşırığın da icra başçısından gəldiyini bildirir. Bundan sonra qohumları onu Lənkəran şəhər Mərkəzi Xəstəxanasına aparmaq məcburiyyətində qalıblar. Hazırda ağır xəsarətlərlə xəstəxanada yatır.
Nəzərovlar ailəsinin yaydığı müraciətdə işgəncəyə məruz qaldığı zaman evlərində qonaqların olduğu da vurğulanır. Həmin qonaqlar isə bu zorakılıq faktlarını gözləri ilə gördüyündən olayla bağlı Akt tərtib edib və Zəminə Nəzərovanın döyülməsi faktını imzaları ilə təsdiqləyiblər.
Amma məsələ bununla bitməyib. Son məlumata görə Rafil Hüseynov onun Lənkəran Mərkəzi Xəstəxanasında da qalmasına mane olmağa çalışır. Belə ki, Nəzərovların sözlərinə görə, icra başçısı xəstəxanaya təzyiq göstərərək Zəminə Nəzərovanın oradan çıxarılmasını tələb edib.
 
Z.Nəzərovanın ölkə rəhbərliyinə ünvanladığı müraciətin və qonaqlar tərəfindən tərtib olunmuş aktın surətini, həmçinin onların sosial şəbəkələrdə yaydıqları videogörüntünü təqdim edirik: 




/arqument.az
COP29

www.yenicag.az

1417
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv