Ən gərgin müsabiqə vəziyyəti III ixtisas qrupunda yaranıb. Bu qrup üzrə dövlət sifarişli yerlərdə ən az 400 bal toplayan abituriyentlər oxuyacaq.
Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, burada dövlət sifarişli yerlərdə oxumaq üçün ən azı 400 baldan yuxarı nəticə göstərmək lazımdır: “Ola bilsin ki, 300 baldan aşağı nəticə göstərən abituriyentlərdən ödənişli təhsil forması üzrə də ali məktəblərə qəbul olmayanlar olsun”.
www.yenicag.az