BMT qüvvələrinin tərkibində Malidə xidmət edən iki hollandiyalı əsgər həyatını itirib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın müdafiə naziri Jeanine Hennis bu məsələdə siyasi məsuliyyət daşıdığını əsas gətirərək istefa verib.
2016-cı ilin iyul ayında Kidal qəsəbəsində həyata keçirilən əməliyyat zamanı 60 millimetrlik mina partlayıb, nəticədə iki əsgər həyatını itirib, biri isə ağır yaralanıb. Hollandiya Təhlükəsizlik Araşdırma Şurasının hazırladığı hesabatda bildirilib ki, qəzanın baş verməsinə səbəb təhlükəsizlik sahəsindəki boşluqlar olub.
Nazir məlumatların təsdiqlənməsindən sonra bütün məsuliyyəti öz boynuna götürərək, tutduğu postdan istefa verib.
www.yenicag.az