!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz üçün mövcud situasiyanı dəyişdi” – Neil Uotson

!Reklam – Yazi

Azərbaycanın 44 günlük Vətən müharibəsi beynəlxalq səviyyədə diqqət çəkən hadisələrdən biri olub. Münaqişənin nəticələri və regionda yaratdığı yeni geosiyasi reallıqlar bu gün də dünyanın müxtəlif ölkələrindən olan politoloqlar tərəfindən geniş şəkildə təhlil edilir.

Bu müharibə haqqında verilən açıqlamalar arasında ingiltərəli politoloq Neil Uotsonun fikirləri də xüsusi yer tutur.

Yenicag.az-a açıqlamasında o, müharibənin yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyətini vurğulayıb, bölgədəki güc balansına və yeni siyasi nizamın formalaşmasına təsirlərini dəyərləndirib.

Politoloq bildirib ki, İkinci Qarabağ Müharibəsi Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün mövcud situasiyanın dəyişikliyi oldu.

İkinci Qarabağ müharibəsi ilə bağlı fikirlərini bölüşən siyasi təhlilçi əlavə edib ki ki, Vətən uğrunda canlarını riskə atmış, şəhid olmuş əsgərlərin şücaəti heç vaxt unudulmamalıdır:

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və azərbaycanlıların öz ata-baba torpaqlarına böyük qayıdışı bir hüquq müdafiəçisi kimi mənim də şahidi olmaqdan şərəf duyduğum bir hadisədir. Biz indi hemogen və bir-biri ilə əlaqəli Cənubi Qafqazı görürük.

Artıq Xankəndində yerləşən qanunsuz erməni rejimi aradan qaldırılıb, Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında deyil. Azərbaycanın və Cənubi Qafqazın gələcəyi parlaqdır və bölgə Qərblə getdikcə daha çox aktuallaşır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

75
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv