İl sonu statistikalarına görə dünyanın ən varlı 10 şəxsi
Daimi olaraq yenilənən və güclü rəqabətin mövcud olduğunu deyə biləcəyimiz “Dünyanın ən varlıları” siyahısı, 27 Dekabrda Bloomberg Milyarderlər İndeksi çərçivəsində bir dəfə daha yenilənib.
Keçdiyimiz ilə görə ümumi sərvətləri 5,7 % nisbətində artım ilə 4,4 trilyon dolları keçən “ən varlıların siyahısı”nda, texnologiya sektorunun içində olan adlar tam mənası ilə damğalarını vurublar deyə bilərik.
10- Larry Page
Google-un ümumi alqoritmalarını hazırlamış olan Page, əlavə olaraq şirkətin də iki qurucusundan biridir. Sərvəti 40,7 milyard dollardır.
9- Larry Ellison
Məlumat bazası firması Oracle-ın qurucusu və CEO-su. Sərvəti 41.9 milyard dollardır.
8-David Koch
Koch Industries-in rəhbər köməkçisi. Sərvəti 45 milyard dollardır.
7- Charles Koch
Koch Industries-in ortaq sahibi, idarə heyəti rəhbəti və CEO-su. Sərvəti 46 milyard dollardır.
6- Carlos Slim
Telekommunikasiya sektorunda Telmex və Amerika Movil firmaları ilə fəaliyyət göstərəm Meksikalı biznesmen. Sərvəti 49.2 milyard dollardır.
5- Mark Zuckerberg
Kompüter mühəndisi, startupçı və sosial media platforması Facebookun qurucusu olan Zuckerbergin sərvəti 51.2 milyard dollardır.
4- Jeff Bezos
Amazon.com-un qurucusu olan Bezosun sərvəti 67.2 milyard dollardır.
3- Amancio Ortega
İspan moda və tekstil idarəçisi və İspan geyim holding İnditex-in qurucu rəhbəti olan Ortega, eyni zamanda İspaniyanın da ən varlı şəxsidir. Sərvəti 71.2 milyard dollardır.
2- Warren Buffett
Berkshire Hathaway investisiya şirkətinin CEO-su və ən böyük hissədarıdır. Sərvəti 74.1 milyard dolardır.
1- Bill Gates
Microsoft-un qurucularından olan Gates, şirkətin rəhbərliyini və baş proqram memarlığını da üstlənməkdədir. Sərvəti 91.5 milyard dollardır.(Technote)
Yeniçağ.Az