İlber Ortaylının infarkt keçirdiyi iddia olundu – Qızından açıqlama gəldi - YENİLƏNDİ
Məşhur tarixçi İlbər Ortaylının infarkt keçirdiyi və vəziyyətinin kritik olduğu iddia olunmuşdu.
Lakin bu məlumatlar qısa müddət sonra təkzib edildi. Ortaylının qızı Tuna Ortaylı Qazıcı yayılan xəbərlərə aydınlıq gətirərək bunları bildirib:
“Atam infarkt keçirməyib, reanimasiyada da deyil. Yalnız yüngül bir narahatlıq səbəbilə, nəzarət məqsədilə xəstəxanaya yerləşdirilib – sadəcə bu qədər. Hazırda xəstəxanadayıq. Göstərdiyiniz diqqət və narahatlıq üçün ürəkdən təşəkkür edirik, lakin xəstəxana otağında fasiləsiz çalan telefonlar bir xəstənin istirahətinə mane olur”.
Beləliklə, İlbər Ortaylının səhhəti ilə bağlı yayılan ciddi iddiaların həqiqəti əks etdirmədiyi aydın olub.
***
Türkiyənin tanınmış tarixçi alimi İlbər Ortaylı infarkt keçirib.
Yenicag.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, infarkt keçirən alim xəstəxanaya çatdırılıb. Reanimasiyaya yerləşdirilən Ortaylının vəziyyətinin kritik olduğu bildirilir.












