İlham Əliyev Almaniyanın federal naziri ilə görüşdü
Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer ilə görüşüb.
Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə Azərbaycanla Almaniya arasındakı münasibətlərin indiki vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə ətraflı danışıb.
Almaniyanın xarici işlər üzrə federal naziri isə öz növbəsində Azərbaycana son səfərini məmnunluqla xatırladığını qeyd edib və bu səfərin hər iki ölkə üçün səmərəli olduğunu bildirib.