İlham Əliyev avtomobil yolunun açılışında iştirak etdi

media-hightechnic-468x90

38406Azərbaycan prezidenti İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib.

media-banner_tkm

Dövlət başçısına məlumat verilib ki, Siyəzən rayonunun bir neçə kəndini birləşdirən və hərəkətin intensiv olduğu bu yol uzun müddət təmir edilmədiyindən bərbad vəziyyətə düşüb.

Prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri bu ilin mayında yekunlaşıb. Eni 5, bəzi yerlərdə isə 7 metr olan 3-cü və 4-cü dərəcəli yola 10-11 santimetr qalınlığında asfalt döşənib. Yol üzərindəki mühəndis-texniki qurğular müasir səviyyədə qurulub. Rayonun 20 yaşayış məntəqəsini birləşdirən və 37,1 kilometr uzunluğunda olan bu rahat və abad yoldan ümumilikdə 4700-dək sakin istifadə edəcək.

Azərbaycan prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05