İlham Əliyev Donald Tusku qarşıladı-Fotolar
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılayıb.
Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib. Donald Tusk Azərbaycan əsgərlərini salamlayıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçiblər.
Prezidentlər rəsmi foto çəkdiriblər. (AzərTac)