Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdə rəsmi qarşılanma mərasimi olub.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olundu. Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Əllərində Azərbaycanın və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamladılar.
www.yenicag.az