!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Xaçmazdadır

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gedib.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verdi.

Dövlət başçısı Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

COP29

www.yenicag.az

2476
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv