Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İlham Əliyevin Ər-Riyada səfəri İranı çox qıcıqlandırıb” – Politoloq

Reklam: High Technic

İranın Azərbaycan prezidenti İlham Əliyevin Səuduyyə Ərəbistanında keçirilmiş “Ərəb – İslam – Amerika” Sammitində iştirakından narahat olduğu bildirilir.

Yenicag.Az xəbər verir ki, Ər-Riyadda ötən həftə ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutan “Ərəb – İslam – Amerika” Sammitinin antiİran xarakter daşıması regionda yeni situasiyanın hazırlanması kimi qiymətləndirilir.

Sözügedən Sammitdə şərti olaraq “İslam NATO”su adlandırılan hərbi ittifaqın yaradılmasının müzakirə edilməsi və İrana qarşı verilən bəyanatlar bu toplantının Tehran rejiminə ciddi xəbərdarlıq olduğu qənaəti yaradır.

Həmin Sammitdə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı isə onsuz da qapalı gərginliklə xarakterizə olunan Bakı-Tehran münasibətlərinə böyük ehtimalla təsirsiz ötüşməyəcək. O baxımdan, Azərbaycan-İsrail əlaqələrinə görə narazılığını ən açıq formada nümayiş etdirən İranın prezident İ. Əliyevin Ər-Riyad Sammitinə qatılmasından məmnun qalmadığı şübhəsizdir. Bununla belə, sözdə İslam həmrəyliyindən danışan İran Azərbaycan ərazilərini zəbt etmiş işğalçı Ermənistana hərtərəfli dəstəyini davam etdirdiyini asanlıqla “unudur”.

Ərəb ölkələri ilə ABŞ-ın İrana qarşı yeni hazırlıqlarını, o cümlədən, bu kontekstdə Azərbaycanın mövqeyini Yenicag.Az-a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlunun fikrincə, Tehran bu gedişatdan qıcıqlandığını açıq büruzə verir:

“Ər-Riyadda keçirilən o Sammitin sırf İrana qarşı müəyyən hazırlıqlar kimi qiymətləndirilməsi haradasa başa düşüləndir. Səudiyyə Ərəbistanı ilə İran arasında yaranmış gərginlik, Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlər belə düşünmək üçün əsas yaradırdı. Lakin Sammitin gedişində İrana yönələn mövqe ifadələrində müəyyən yumşalmanın olduğu müşahidə edildi. Hətta Trampın da İran haqqında söylədiyi fikirlərə əvvəlkilərlə müqayisədə xeyli korrektə edilmişdi.

Ona görə də Ər-Riyad Sammitini daha çox Şərqlə Qərb, İslam və xristian dünyası arasında münasibətlərin normallaşdırılmasına cəhd kimi də qiymətləndirmək olar.

Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri və o Sammitdə iştirakı özlüyündə çox mühüm addımdır. Əslində, İslam və xristian aləmi arasında münasibətlərin yaxşılaşdırılması, etimadın bərpası Azərbaycan prezidentinin prioritetləri sırasındadır.

Prezident İlham Əliyevin həmin Sammitə qatılması Azərbaycanın hansısa hərbi koalisiyaya, İran əleyhinə bu və ya başqa alyansa qoşulmaq anlamına gəlmir.

Xatırladım ki, İlham Əliyev hələ Corc Buşun dönəmində qəti şəkildə bəyan etdi ki, Azərbaycan İrana qarşı fəaliyyətdə kimlərinsə plasdarmı olmayacaq. Bu mövqe indi də dəyişməz qalıb.

Ancaq buna baxmayaraq, İran Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına səfərindən çox qıcıqlanıb. Buna təəccüblənmək lazım deyil. Çünki İranın bu yanaşması oradakı siyasilərin ağılsızlığından və ya real düşünə bilməmələrindən irəli gəlmir – bu, tarixdən qaynaqlanan bir münasibətdir.

Azərbaycan isə bütün dünyaya göstərib ki, müstəqil siyasət yürüdür və heç bir ölkənin diqtəsi ilə oturub-durmur. Bunu İran da çox əla bilir. Ancaq dediyim kimi, onları bu cür danışdıran tarixi səbəblər var və bu üzdən də çox qıcıqlanırlar”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

642
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100