Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"İlin sonuna qədər növbəti devalvasiya gözlənilir" - İqtisadçıdan bədbin proqnoz

İlin sonunda manata qarşı təzyiqlər güclənəcək.

Bunu Yenicag.ru-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanın hazırki iqtisadi vəziyyətindən danışarkən bildirib:

Natiq Cəfərli

“Ötən ilin ilk ayları ilə müqayisədə son yarım ildə neftin qiyməti (30-35 faiz) durmadan artdı. Bunun əsas iqtisadi səbəbi OPEK və Rusiyanın müştərək danışıqlar əsasında neft istehsalını 1.8 milyon barelə qədər azaltması oldu. Bu, bazara psixoloji baxımdan güclü təsir göstərdi. Yəni neft istehsalının süni şəkildə azaldılması və bazara informasiya baxımından təzyiq “qara qızılın” qiymətindəki artımla müşahidə olundu”.

Ekspertin sözlərinə görə, digər səbəblər isə siyasi xarakter daşıyırdı. Məsələn, sentyabrda Şimali İraqda, Kürdüstanla bağlı referendum keçirilməsi qərara alındı ki, bu da Kərkük-Yumurtalıq-Ceyhan neft kəmərinin bağlanması ilə nəticələndi. Hansı ki bu kəmərlə gün ərzində 800 min barel neft axır və sözügedən boru xətti hələ də açılmayıb.

“Amma deyilənə görə, boru xətti fevral ayının axırlarında fəaliyyətini bərpa edəcək. Təkcə bu xətt neftin qiymətini 4-5 dollar aşağı salacaq”, – deyə Natiq Cəfərli bildirib.

Ekspert neftin qiymətinə təsir edən digər amilləri də qeyd edib:

“Sonra Səudiyyə Ərəbistanının ərazisi raket atəşinə tutuldu, ABŞ-İran münasibətləri kəskinləşdi və bütün bunlar nefti bahalaşdırdı. Ancaq bu bahalıq ABŞ-ın slans neft klapanlarını genişləndirdi. Ona görə də OPEK və Rusiya gündəlik hasilatı azaltmağı razılaşdırdıqları halda Amerika gündəlik hasilatı əvvəl 8,6 milyona, sonra isə 10 milyon barelə çatdıraraq Səudiyyə ilə bərabərləşdi.

OPEK və Rusiya anlaşmasından sonra hasilatın azalmasını tək Amerika sığortalayırdı, indi isə Kanada da gündəlik hasilatı 500 min barrel artırır. Bütün bunlar neftin qiymətinə təsir edir.

Neftin 63-64 dollara satılması sözügedən valyutanın zəifliyi ilə bağlıdır – ona görə də qiymət hələ düşmür. Ancaq bu müvəqqəti haldır. FED-in yeni rəhbəri bəyan edib ki, onlar martda uçot dərəcəsini artıracaqlar və dollar bütün dünyada bahalaşacaq. Bu da martdan sonra neftə olan təzyiqləri artıracaq, nəticədə qiymət 55 dollara qədər düşəcək. Azərbaycan kimi əsas gəliri neft olan ölkələr bundan daha çox zərər görəcəklər. Bu da manata olan təzyiqləri gücləndirəcək”.

O, yaxın aylara qədər manatın kursunun aşağı düşməyəcəyini, stabil qalacağını bildirir. Onun sözlərinə görə, Mərkəzi Bankın manatı “üzən valyuta” adlandırmağına baxmayaraq, milli pul vahidinin dəyərdən düşməyə qoymayan obyektiv dayaqlar var.

“Amma ilin sonuna yaxın neftin qiymətində ucuzlaşma olarsa, hökumət müəyyən addımlar atmağa məcburdur, çünki dolların möhkəmlənməsi Azərbaycanın ticari tərəfdaşları olan Gürcüstan, Türkiyə, Qazaxıstan və Rusiyaya böyük təsir göstərəcək”.

Nicat Hacıyev

www.yenicag.az

1168
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS