İlon Mask Trampın vergi endirimi planını sərt TƏNQİD ETDİ: “İyrənc biabırçılıq”

media-hightechnic-468x90

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, tanınmış amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın təqdim etdiyi vergi endirimi layihəsini kəskin şəkildə tənqid edib.

Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi “X” (keçmiş “Twitter”) hesabında paylaşım edərək qanun layihəsini “iyrənc biabırçılıq” adlandırıb. Onun sözlərinə görə, layihənin qəbul edilməsi ABŞ iqtisadiyyatına ciddi zərbə vuracaq.

Mask bildirib ki, bu qanun təşəbbüsü ölkə vətəndaşlarını daha böyük borc yükü altına salır və nəticədə dövlət büdcəsində kəsirin 2,5 trilyon dollara qədər artmasına səbəb ola bilər. O, layihəyə səs verən siyasətçiləri məsuliyyətsizlikdə ittiham edib.

Sahibkarın tənqidlərinə cavab olaraq, Ağ Evin sözçüsü Karolin Leavit İlon Maskın fikirlərinin Donald Trampın mövqeyinə heç bir təsir göstərmədiyini vurğulayıb. Onun sözlərinə görə, prezident və tərəfdarları təqdim etdikləri qanun layihəsinin arxasında qətiyyətlə dayanırlar.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600