İndoneziya yenə silkələndi - 6 bal gücündə zəlzələ

media-hightechnic-468x90

İndoneziyada növbəti dəfə güclü zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, təbii fəlakət Yava adası sahillərində qeydı alınıb.

6 maqnituda gücündə olan zəlzələ Bakı vaxtı ilə 22:45-də baş verib.

Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə alınıb.

Qeyd edək ki, sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.

Avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim olunub.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600