İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 06.47-də (Bakı vaxtı ilə 02.47) Rincani vulkanı və turistlər arasında populyar olan Bali adası yaxınlığında, Yer səthindən 7,5 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində azı 10 nəfər ölüb. 50-yə yaxın adamın yaralandığı bildirilir. Lakin xəsarət alanların və ölənlərin sayının artacağı istisna edilmir.
Lombok adasında 3 milyondan çox əhali yaşayır.
www.yenicag.az