İnformasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilir

media-hightechnic-468x90

73313Hazırda Prezident Administrasiyası və Mətbuat Şurası İnformasiya təhlükəsizliyi ilə bağlı birgə tədbir keçirir.

Müzakirələrə MŞ rəhbəri Əflatun Amaşov, Prezident Aparatı ictimai-siyasi şöbənin sektor müdiri Vüqar Əliyev, Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı, millət vəkilləri və media qurumları rəhbərləri iştirak edir.

Ə.Amaşov çıxış edərək cəbhədə baş verən avqust hadisələrindən sonra mediada yaşanan xoşagəlməz hallar və bununla bağlı qanunvericilikdə edilən dəyişikliklərdən danışıb.

Bundan sonra V.Əliyev çıxış edərək hərbi sahədə olan hadisələrin mediada təxribat xarakterli məlumatlarla yayılmasında xarici və daxili düşmənlərin maraqlı olduğunu qeyd edib. PA rəsmisi çıxışında deyib ki, bu xoşagəlməz halların qarşısının alınması üçün tədbirlər həyata keçirilib: “Bundan sonra müşahidə olundu ki, Azərbaycan mediası erməni helikopterin vurulması olayında daha peşəkar davrandı”.

V.Əliyev bildirib ki, Azərbaycan mətbuatı arxayınlaşmamalı, bundan sonra da hərbi ilə bağlı məlumatları Müdafiə Nazirliyi ilə əlaqələndirməlidir. Bununla bağlı nazirlik xüsusi kitabça da hazırlayıb və o kitabça bütün redaksiyalara paylanılacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600