İngiltərə “İŞİD”çilərə qucaq açır-Bir şərtlə
İngiltərə höküməti İraq və Suriyaya gedərək İŞİD üçün savaşan və peşman olub ölkələrinə qayıdan hərbçilərə kömək və dəstək təmin edəcək.
YENİCAG.AZ bildirir ki, “Telegraph” qəzetinin yaydığı xəbərə görə, İngiltərənin keçmiş xarici işlər naziri Villiam Hague, İraq və Suriyada İŞİD kimi terror qruplarında döyüşən və sonra Britaniyaya qayıdan “cihad”çılara kömək edilə biləcəyini açıqlayıb. Bir şərtlə ki, İngiltərə üçün təhdid olmadıqlarını sübut etsinlər.
Hague, bu şəxslərin Britaniyada bir hücum planlaşdırmadıqları halda hökümətin bu şəxslərə dəstək və kömək etməyə istəkli olduğunu da əlavə edib.
BBC-də çıxış edən Hague, bu il içində İraq və Suriyaya gedənlərlə əlaqəsi olan 200-dən çox adamın həbs olunduğunu xatırladaraq, hökümətin səmimi olaraq bu mücadiləni buraxmaq istəyən insanlara da kömək edə biləcəyini təkrarlayıb.
Xeyli ingilis vətəndaşının ölkələrinə qayıtdıqları təqdirdə, həbs olunacağından ehtiyyat etdiyi bildirilir. Təxminən, 500 britaniyalının İŞİD və digər qruplara qoşulmaq üçün İraq və Suriyaya getdiyi təxmin edilir.