Reklam: High Technic
hightechnic

İngiltərə və Fransa arasında “balıq müharibəsi” – 15 ildir davam edir - VİDEO

Fransız balıqçıları İngiltərə kanalında ingilis balıqçılarına qarşı sərt qaya parçaları və tüstü bombaları atmaqda ittiham olunurlar.

Yenicag.az xəbər verir ki, toqquşma Sein körfəzində, Normandiya sahillərinə 22km-lik məsafədə baş verib.

İngilis qayıqçılarının bu ərazilərdə balıq ovuna icazə verilməsinə baxmayaraq, mövsümə uyğun olmayan balıq növlərini ovlaması fransızları hövsələdən çıxarıb.

Böyük Britaniyalı balıqçılar Fransa bölgədə “əsas qaynaq” funksiyasını itirməyənə qədər hökumətdən onları qorumasını tələb ediblər.

Bazar ertəsi günü təxminən 40 Fransız qayığı İngilis qayıqlarının ərazidə “talançılıq” etdiyini əsas gətirərək rəqiblərinə qarşı sərt tədbirlər görüblər.

“Fransızlar ingilislərlə əlaqə qurdular və ovu dayandırmağı tələb etdilər. Bundan sonra aralarında ziddiyyətlər başladı. Gördüyümüz qədəriylə bir-birlərinə qarşı qaya parçaları atmağa başladılar. Ancaq xoşbəxtlikdən heç kim xəsarət almadı”, – deyə Normandiyanın balıq ovu rəhbəri Dmitri Roqof bildirib.

Hadisə nəticəsində Fransanın 3, İngiltərənin 2 qayığı zədələnib.

Qeyd edək ki, tərəflər arasında gərginlik 15 ildir davam edir. Əvvəlki razılaşmaya əsasən, İngilis qayıqları il boyu balıq ovu ilə məşğul ola bilər, amma Fransa tərəfinin 1 oktyabr və 15 may tarixləri arasında qəbul etdiyi yeni qanun bir sıra balıq növlərinin ovunu məhdudlaşdırır. Qanuna əsasən, 1 oktyabr tarixinə qədər ərazidə balıq ovuna icazə verilmirdi.

İngiltərə tərəfi məsələyə münasibət bildirərək, bunun qeyri-obyektiv bir addım olduğunu və ingilis qayıqlarının orada tam hüquqi əsaslarla ov etdiyini bildirib.

www.yenicag.az

141