İngiltərədə qəbirdən tapılan sümüklər alimləri şok etdi - FOTO

media-hightechnic-468x90

İngiltərənin cənub sahilində yerləşən və eramızın VII əsrinə aid qəbiristanlıqdan çıxarılan skeletlərin DNT analizləri burada dəfn edilmiş bəzi insanların Qərbi Afrika mənşəli olduğunu üzə çıxarıb.

Yenicag.az xəbər verir ki, bu kəşf orta əsrlərin erkən dövründə Avropaya edilən uzaqmənzilli miqrasiyalar barədə yeni suallar yaradıb.

Tədqiqatçılar Kent və Dorset bölgələrindəki iki qəbiristanlıqdan götürülmüş qalıqları araşdırıblar.

Nəticələr göstərib ki, burada dəfn edilmiş iki nəfərin genetik baxımdan müasir Yoruba, Mende, Mandenka və Esan kimi Səhraaltı Qərbi Afrika xalqlarına yaxın kökləri var. Hər iki şəxsin qarışıq mənşəli olduğu və ata tərəfindən babalarının Qərbi Afrikadan gəldiyi müəyyən edilib.

Apdaun qəbrində Bizans İmperiyası və ya xristian inancı ilə əlaqəli ola biləcək qaşıq, həmçinin Frank qalasından gətirildiyi ehtimal olunan keramika kimi əşyalar tapılıb. Bu, bölgənin erkən Anqlo-Sakson dövründə kral əlaqələrinə və qitə ilə sıx bağlara malik olduğunu göstərir.

Uorz Matravers qəbirində isə yerli əhəngdaşından hazırlanmış çapayla birlikdə dəfn edilmiş Britaniya mənşəli bir kişi aşkar edilib. Hər iki şəxsin yerli icmalarının adi üzvləri ilə yanaşı dəfn edilməsi onların bölgə cəmiyyəti tərəfinsən qəbul edildiyinə işarədir.

Araşdırma nəticələri göstərir ki, erkən orta əsrlərdə Britaniyanın həm şərqdə, həm də qərbdə beynəlxalq əlaqələri mövcud idi. Bu, dövrün İngiltərəsinin kosmopolit xarakterini və müxtəlif mənşəli insanların gündəlik həyata tam inteqrasiya olunduğunu sübut edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa