Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İnsanlar müharibə günlərində AzTV-yə yalnız prezidentin çıxışlarına görə baxırdılar - alternativ yox idi” - Sabiq deputat

Reklam: High Technic

“Müharibə günlərində AzTV-nin müəyyən auditoriya toplaması ötəri hal idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticələri əsasında Azərbaycan Dövlət Televiziyasının (AzTV) 62,6 faizlə “efir lideri” elan edilməsinə münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Onun sözlərinə görə, müharibə günlərində AZTV-nin müəyyən auditoriya toplaması ötəri hal idi:

“Zahid Orucun sədri olduğu Sosial Tədqiqatlar Mərkəzi adlı qurum Sovet dövründə fəaliyyət göstərən və xalqa “kommunizm quruculuğu”nu təlqin edən primitiv təbliğat strukturlarını xatırladır.

Yəni o təşkilatın fəaliyyətinə baxanda, məhz Sovet dövrü yadımıza düşür. Mərkəzin keçirdiyi “sorğu”ların nəticələrini “əks etdirən” rəqəmlərə ictimai etimad yoxdur və onlar insanlarda gülüş doğurur.

Mən hesab edirəm ki, ictimai rəy sorğuları ilə müstəqil, heç bir dövlət instansiyasından asılı olmayan qurumlar məşğul olmalıdır. Hər halda, bir çox xarici ölkələrdə belədir.

Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzi adlı təşkilatının keçirdiyi “sorğu”lar əsasında açıqlanan rəqəmlər, sadəcə, gözə kül üfürmək məqsədi daşıyır və əslində, hökumətin ümumi iqtisadi-sosial siyəsəti haqqında əhalidə mənfi rəy formalaşdırır.

Mərkəzin sorğusunda AzTV-nin 1-ci yerə “çıxarılmasına” gəldikdə isə məlumdur ki, müharibənin gedişində prezidentin çıxışları məhz dövlət televiziyasında yayımlandığı üçün insanlarımız məcburiyyətdən o kanala baxırdılar. Çünki başqa alternativ yox idi.

Ancaq bu gün informasiyanın əsas istehsalçısı sosial şəbəkələr və müstəqil saytlardır. Tamaşaçılar da seçim etməyi bacarırlar. Müharibə günlərində AzTV-nin müəyyən auditoriya toplaması ötəri hal idi. Dediyim kimi, insanlar əsasən, prezidentin çıxış edəcəyi müəyyən saatlarda o kanala baxırdılar”.

Aqil Bəkir

www.yenicag.az

1409
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100