İnsult keçirən xalq artistindən yeni xəbər - Qızından AÇIQLAMA

media-hightechnic-468x90

Xalq artisti Canəli Əkbərov xəstəxanadan evə buraxılıb.

Yenicag.az-a bu barədə xanəndənin qızı açıqlama verib.

O, atasının müalicəsinin ev şəraitində davam etdirildiyini bildirib:

“Atamı xəstəxanadan evə gətirdik. Orda çox darıxırdı. Hazırda ev şəraitində müalicə alır. Həkim nəzarətindədir. Səhhətində irəliləyişlər var, yaxşıdır. Hər kəs onun səhhəti ilə maraqlanır, sağ olsunlar. Xəstəliyi ilə əlaqədar, ona həyəcanlanmaq olmaz, buna görə də atama zəng edən insanlara biz cavab veririk. Atamın müalicəsində bizə dəstək göstərdiyi üçün ölkə başçımıza və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa