İntensiv yağış bazarı da “YUDU”: Hansı məhsullar BAHALAŞACAQ?

media-hightechnic-468x90

“Pomidor, xiyar, bibər və müxtəlif göyərti növlərində qıtlıq riski yüksəkdir…”

media-banner_tuq

Bu barədə Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

media-akif-nesirli-5

Ekspert son günlər müşahidə olunan intensiv yağışların kənd təsərrüfatı sektoruna vurduğu ziyanı şərh edərkən, bazarlarda ciddi qiymət artımının qaçılmaz olduğunu bildirib.

Akif Nəsirli yağışın fəsadlarını belə izah edib:

“İntensiv yağışlar torpaqda suyun həddindən artıq yığılmasına, bitki köklərinin çürüməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu da birbaşa məhsuldarlığın aşağı düşməsi deməkdir.

Xüsusilə pomidor, xiyar, bibər və yarpaqlı göyərti növlərində qıtlıq riski olduqca yüksəkdir. Çünki bu məhsullar nəmli şəraitə qarşı çox həssasdır və tez zərər görür. Eyni zamanda bəzi meyvə növlərində də keyfiyyətin düşməsi və məhsul itkisi qaçılmazdır. Bütün bu amillər yaxın günlərdə bazarda təklifin azalmasına və qiymətlərin kəskin yüksəlməsinə gətirib çıxaracaq”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05