!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnternet, televizor, musiqinin qadağan olunduğu ölkə - Buranı tərk etmək olmaz!

!Reklam – Yazi

Bir alış-veriş mərkəzinə və ya marketə getdikdə istənilən markanın məhsullarını əldə etmək mümkündür. Lakin Şimali Koreye üçün bu hal keçərli deyil. ABŞ şirkətləri və digər böyük firmaların Şimali Koreyaya tətbiq etdikləri sanksiyalara görə bu ölkədə dünyaca məşhur markaların satışı yoxdur.

Yenicag.az Şimali Koreyada satışı olmayan 20 məhsulu və tanınmış markaları təqdim edir:

Coca-Cola

ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Coca-Cola firması bu ölkədə satış həyata keçirmir. Əsl kolanın dadının necə olduğunu bilməyən Şimali Koreya vətəndaşları özlərinin yaratmış olduqları qazlı bir içkini satışa çıxarıblar.

Səyahət

Şimali Koreyada ölkə xaricinə səyahət etmək, hətta ölkədaxili səyahətə çıxmaq qadağandır. Paytaxtda evi və işi olmayan vətəndaşlar ölkənin digər ərazilərindən ora getmək üçün səlahiyyətli şəxslərdən icazə almalıdırlar.

Qoruyucu

Şimali Koreya əhalisinin böyük bir qismi bu sözün mənasını və məhsulun nə üçün istifadə olunduğunu bilmir. Belə ki, ölkədə qoruyucunun satışı qadağandır.

Jurnal

Ölkədə kağış üzərində dərc edilən hər şey dövlət nəzarətindən keçir. Ölkə xaricindən gələn jurnalların xalqın ağlının qarışmasına və dövlətə qarşı çıxmaqlarına səbəb olacağı düşünülür. Bu səbəbdən də onların Şimali Koreyaya girişi qadağandır. Şimali Koreyada yalnız ölkə lideri Kim Çen Inın gündəlik yaşamını əks etdirən və ölkə təbliğatının aparıldığı jurnallar satılır.

Saç kəsimi

Ölkədə qadın və kişilərin saç kəsimi də dövlət tərəfindən müəyyən olunur. Evli və subay qadın- kişilər saçlarını müəyyən ölçü  və formada kəsdirməlidirlər.

McDonalds

ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalara görə McDonalds şirkətinin bu ölkədə restoranı yoxdur. Digər fast food markalarının da satışı olmadığı üçün ölkə əhalisi Big Mac Menu haqqında məlumata belə sahib deyillər.

Yeni il küknarı

Yeni ilin gəlişinin simvolu olan küknar ağacları Şimali Koreyada qadağandır. Belə ki, hər hansı bir dini bayramı və tətili xatırladan məhsulların ölkəyə girişi dövlət tərəfindən qadağan edilib. Şimali Koreyada bütün dinlərə qadağa qoyulub. Hər hansı bir dinə mənsub olan şəxslər dövlət tərəfində tutulsa həbs edilir və ya işgəncə verilir.

Musiqi

Şimali Koreyada digər ilginc və qorxunc qadağa musiqiylə bağlıdır. Xarici musiqi ilə yanaşı, yerli musiqinin dinlənilməsi ölkədaxilində qadağan olunub. Şimali Koreyada xalqın əksəriyyəti konsert sözünün mənasını bilmir. Belə ki ölkədə nə xarici, nə də yerli qrup konsert verməyib.

Ipad

Apple, Sony kimi bir çox elektronik markanın Şimali Koreyada satışı mövcud deyil. Lakin gülünc olan odur ki, ölkə lideri Kim Çen Inın şəkillərindən birində qarşısında Mac-Book olub.

Əmlak

Şimali Koreyada evlər ordu tərəfindən inşa edilir. Ayrıca evlər isə ölkənin tanınmış idmançılarına və ordu qazilərinə verilir. Şəxsi əmlakın qadağan olunduğu ölkədə əhali yalnız evini dəyişdirə bilər.

WIFI

Şimali Koreyada internet yalnız ölkə lideri və ailəsi, siyasi liderlər , hərbdə kiber əlaqədən məsul şəxslər və ölkənin elit universitetlərində oxuyan tələbələr üçün açıqdır. Digər sadə vətəndaşların internetdən istifadə etməsi mümkün deyil. Hətta interneti təmin edəcək hər hansı cihaz insanların əlinə keçmədən dövlət tərəfindən məhv edilir.

Starbucks

Starbucks Şimali Koreyada bir kafeyə belə sahib deyil. Ölkədə Avropadakı kafelərə bənzər məkanlar yeni-yeni qurulmağa başlayıb.

Sağlamlıq

Şimali Koreyada tibbi sığorta ifadəsi yoxdur. Çünki ölkədə insanlar sağlamlıqla bağlı xidmətlərdən ödənişsiz olaraq istifadə edirlər. lakin bu sistem son zamanlar çöküb. Belə ki, dövlət hər kəsə kifayət edəcək qədər dərman, yemək, təmiz su və digər ehtiyacları qarşılaya bilmir.

Gübrə

Bir çox ölkə Şimali Koreyaya sanskiya tətbiq etdiyi üçün ölkə bütün ehtiyaclarını özü təmin etməlidir. Lakin torpağı verimsiz olduğuna görə gübrəyə ehtiyacı var. Cənubi Koreya isə bu ölkəyə gübrə göndərməyi dayandırıb. Odur ki, ölkə yardım təşkilatlarının göndərdiyi az miqdarda gübrəyə möhtacdır.

Televizor

Şimali Koreyada bütün televizorlara dövlət tərəfindən nəzarət olunur. Televizorda sadəcə Kim Çen Inın gündəlik həyatı, dövlət təbliği və dövlət tərəfindən icazə verilən musiqi yayımı aparılır.

DVD Pleyer

Dövlət tərəfindən qadağan olan DVD-lər ölkəyə ancaq Çindən qanunsuz yolla gətirilir. Bütün bu qadağaların səbəbisə əhalinin başqa bir dünyanın olduğunun fərqinə varmaq və çevrilişə cəhd etmək qorxusudur.

Tibb

Ölkədə yalnız aspirinin satışı var. Digər dərmanlar Şimali Koreyaya Çindən qaçaq yollarla gətirilir və bu dərmanların keyfiyyəti barədə heç bir sənəd olmur.

Cins şalvar

Əgər hər gün cins şalvar geyinirsinizsə, Şimali Koreya qətiyyən sizə uyğun bir ölkə deyil. Çünki bu ölkədə cins şalvar qadağandır.

Siqaret

Kim Çen Indan əvvəlki dövlət liderinin sağlamlığını qorumaq üçün tətbiq edilən siqaret qadağası indi də davam etdirilir. Lakin xalqın siqaret çəkməsi qadağan olsa da, Kim Çen In üçün hər şey sərbəstdir.

Bez

Şimali Koreyada bez istehsal edildiyi üçün hər hansı markanın ölkəyə girişi qadağandır. Lakin bu bezlər çox bahadır. Odur ki, bir çox qadın ondan istifadə edə bilmir.

COP29

www.yenicag.az

6913
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv