!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İnvestisiyalar yalnız dövlət kapital qoyuluşlarından ibarət olmamalıdır" - ŞƏRH

!Reklam – Yazi

2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Ötən gün Milli Məclisin iclasında isə dövlət büdcəsində neftin bir barelinin dəyərinin 85 dollar həcmində götürülməsi təklif olunub.

Mövzu ilə bağlı Azərbaycan İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, dövlət büdcəsində neftin qiymətinin artırılmasına ehtiyac var:

“Büdcədə Azərbaycan neftinin satış qiyməti artırılmalıdır. Bunun üçün bütün imkanlar mövcuddur. Dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik və inflyasiyanın yüksəlməsi fonunda prosesin uzunmüddətli və ağrılı olacağı gözləniləndir. Bu vəziyyəti nəzərə alaraq büdcədə neftin qiymətinin daha üstün rəqəmlərlə ifadə olunmasına ehtiyac var. Nəticədə əldə olunan vəsait ölkə iqtisadiyyatına sərmayələr şəkilində sərf oluna bilər. Neftin qiymətinin aşağı göstərilməsi, ilk növbədə, ölkə xaricindəki Neft Fondunun aktivlərinin artmasına səbəb olur. Bu isə indiki şəraitdə məqsədəuyğun hesab olunmur. Ona görə də neftin 1 barelinin qiymətinin artırılması vacibdir.

Hazırkı şəraitdə dövlət büdcəsində 1 barelin qiymətinin təxminən 100 dollara yaxın müəyyən edilməsində heç bir problem yoxdur. Əksinə, bu hal ölkə iqtisadiyyatına kapital qoyuluşlarının artmasına şərait yarada bilər. Unutmayaq ki, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların sayı azalıb. Belə olan halda, investisiya artımı zəruridir. Lakin investisiyalar yalnız dövlət kapital qoyuluşlarından ibarət olmamalıdır. Bütövlükdə kapital qoyuluşu ölkədə investisiya mühitinin yaxşılaşdırılmasına, yerli real sektorun inkişafına, yerli bazarlarda iş yerlərinin açılmasına və alıcılıq qabiliyyətinin artmasına imkan yarada bilər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv