Dünyada “Iphone” istifadəçilərinin sayı günbəgün artır. Lakin istifadəçilərin heç də hamısı telefonun imkanlarından tam faydalana bilmir.
Yenicag.az ən az istifadə olunan, lakin olduqca əhəmiyyətli 23 funksiyanı təqdim edir:
1. Danışan ekran
Uzun məqalələri və e-poçtları oxumağı sevmirsinizsə, bu funksiya sizin üçündür.
2. Video zamanı foto
Digər telefonların əksinə “Iphone”lar sizə eyni anda həm video, həm də foto çəkməyə imkan verir.
3. Musiqi sayğacı
Musiqi dinləyərək yatmaq istəyirsinizsə, “Iphone” siz yatdıqdan sonra musiqini söndürəcək. Bunun üçün müəyyən bir vaxt seçməyiniz kifayətdir.
4. Kompas
Bir çoxları bu funksiyanı telefondan silmək istəsə də, onunla həm də bucaq dərəcəsini ölçməyin mümkün olduğunu bilmir.
5. Kalkulyator hiylələri
Ekranı fırlatmaqla siz ən çətin riyazi məsələləri həll edə bilərsiniz.
6. Mesaj saatlarını görmək
Ekranı sola çəkməklə sizə gələn və sizin göndərdiyiniz mesajların vaxtını öyrənə bilərsiniz.
7. Sürətli batareya
Təyyarə rejimini aktivləşdirməklə telefonunuzun daha sürətli enerji yığmasını təmin edə bilərsiniz.
8. Yuxarı qalxmaq
Digər telefonlardakı kimi səhifəni yuxarı çəkməyə ehtiyac yoxdur, ekranın ən üst hissəsinə klikləməyiniz kifayətdir.
9. Gecə modu
Bu funksiyanı aktivləşdirməklə ekranın parlaqlığını avtomatik azalda bilərsiniz.
10. Titrəşim
Xüsusi insanlar seçərək onlardan gələn zəng və mesajları fərqləndirə bilərsiniz.
11. CapsLock
Ardıcıl böyük hərflə yazmaq üçün klaviaturada böyük hərfə keçmə düyməsini iki dəfə basın.
12. “WiFi” şifrəsi paylaşma
İki “Iphone”u yaxınlaşdıraraq digərinə də internetin kodunu ötürmək mümkündür.
13. Yazılanı geri alma
Bu funksiyanı aktivləşdirdikdən sonra yazdıqlarınızı silmək üçün telefonu silkələyin.
14. Ana ekranı dəyişdir
Ən çox istifadə etdiyiniz funksiyaları əsas səhifəyə daşıya bilərsiniz.
15. Ekranı qeyd etmə
Bununla həm ekrandakı fəaliyyətlərinizi çəkə, həmdə səsinizi yaza bilərsiniz.
16. Ardıcıl fotolar
Bu funskiya ardıcıl fotolarınızı çəkərək hər anınızı əbədiləşdirməyə imkan verir.
17. Ekranı kiçiltmə
Orta düyməyə basmadan yüngülcə iki dəfə toxunaraq ekranı kiçildə bilərsiniz.
18. QR kodu oxuma
Sadəcə kameranı açıb kodu göstərməyiniz kifayərdir.
19. Kamera düyməsi
Selfi çəkərkən əlinizi ekrana yaxınlaşdıra bilmirsinizsə, səsi artıran düymə ilə foto da çəkə bilərsiniz.
20. Eyni anda 3 proqramı bağlamaq
Orta düyməni basaraq ekrana gələn proqramlardan 3-ünü eyni vaxtda bağlamaq mümkündür.
21. Mükəmməl foto
İnstaqram üçün keyfiyyətli foto çəkmək istəyirsinizsə, bu funksiyanı aktivləşdirərək ekranı kiçik kvadratlara bölə və hədəfi düzgün seçə bilərsiniz.
22. Avtomatik cavab
Zənglərə cavab verə bilmirsinizsə, “İphone” sizin yerinizə qarşı tərəfə mesaj yaza bilər.
23. Kameranı fokuslamaq
Mənzərə fotoları çəkdikdə hansı obyektə fokuslanmaq istəyirsinizsə, ekrana yüngülcə toxunmağınız bəsdir.
www.yenicag.az