“İradio” gənclərə təqdim edildi

media-hightechnic-468x90

10966690_953271248046082_840434547_n2 fevral Gənclər Günü münasibətiylə İrəli İctimai Birliyi “İradio” – Gənclərin radiosunu gənclərə təqdim etdi.
Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.
“İradio” gənclər üçün 10 yeni veriliş hazırlayıb.
İradio “İstintaq davam edir”, “Kimsən sən”, “Bənövşəyi mandarin”, “Aysberg”, “25-ci kadr”, “3 Nöqtə”, “Mənim universitetim”, “Fashion”, “Xəbər gənc”, “Karaoke vaxtı” verilişlərini siz gənclərə təqdim edəcək.
“İradio”nun ilk qonaqları Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov oldu.
“İradio”nun açılış mərasimində İrəli İctimai Birliyi tərəfindən keçirilən dil kurslarının tələbələrinə də sertifikat və hədiyyələr verildi.
Ərəb və Yapon dili kurslarının bitməsi münasibətiylə tələbələrə sertifikat, müəllimlərə isə tövsiyyə məktubu və hədiyyələr verildi. Daha sonra isə “İradionun” açılış lentini “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və açılışa qatılan qonaqlar birlikdə kəsdilər.
Qeyd edək ki, “İradio”da işləmək üçün 100-dən çox gənc müraciət edib. “İradio”-da işləmək üçün seçilən gənclərə mütəxəssizlər tərəfindən təlimlər keçirilib.
Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.
İradio olaraq əsas hədəflərimiz:
– informasiya texnologiyalarının yaratdığı imkanlardan yararlanmaq
– müasir media sahəsində öz yerini tutmaq,
– gənclərə məxsus, onların maraq dairəsini əhatə edən brend yaratmaq
– milli musiqi və mənəvi dəyərləri gənclər arasında təbliğ etmək
– hər zövqdə gənci nəzərə alıb, hər janrda musiqiləri yayımlamaq
– bu sahədə marağı olan gənclərə təcrübə qazandırmaq üçün şərait yaratmaqdır.
“İradio” olaraq əsas məqsəd müasir tələblərə cavab verən funksional online radio yaratmaq, gənclərin maraq dairəsinə uyğun verilişlərin hazırlanması, yüzlərlə gəncin təcrübə qazanmasıdır.
Eyni zamanda www.iradio.az saytıda gənclərə təqdim olunub. “İradio”-nun yayımlanma vaxtı: həftənin 7 günü, 24 saatdır.

10966610_953271324712741_454340956_n 10966690_953271248046082_840434547_n 10966754_953271261379414_2123147133_n 10904280_953271238046083_1030434249_n 10954764_953271274712746_581563940_n 10968016_953271218046085_738346182_n 10968138_953271251379415_785456273_n 10961684_953271231379417_1135720026_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600