İran ABŞ-nin zərbə endirəcəyi yerə canlı qalxan düzür
İranlılar infrastruktur və enerji obyektlərinin, zərbə endirilə biləcək yerlərin yaxınlığında canlı zəncirlər düzürlər.
Yenicag.az bu barədə “Tasnim”ə istinadən xəbər verir.
Yerli sakinlər ölkə üzrə aksiyalara çıxıblar, hazırda bu aksiyalar arasında Buşehr, Mazandaran, Məşhəd və Həmədan yaxınlığındakı elektrik stansiyalarının, Təbrizdəki istilik elektrik stansiyasının və Əhvazdakı körpülərin yaxınlığında keçirilənlər də var. Bundan əlavə, Tehranda silahlı qüvvələrin dəstəyi məqsədilə avtomobil yürüşü keçirilib.
Əvvəllər İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimİ əhalini 7 aprel tarixində ABŞ prezidenti Donald Trampın zərbə ilə hədələdiyi elektrik stansiyalarının yaxınlığında kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırmışdı.













