İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus gəminin Hörmüz boğazında vurması iddialarına cavab olaraq videonu dərc edib.
Yenicag.az xəbər verir ki, kadrlarda göstərilmiş tarixə görə, pilotsuz təyyarə ABŞ prezidenti Donald Trampın açıqlamasından sonra da çəkilişə davam edib.
Xatırladaq ki, Donald Tramp ötən gün ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmisi Hörmüz boğazında İranın pilotsuz təyyarəsini vurduğunu bildirib. ABŞ prezidenti qeyd edib ki, pilotsuz təyyarə Hörmüz boğazında Amerika gəmisinin təxminən 900 metrliyində idi. Onun sözlərinə görə, təyyarə ABŞ gəmisi üçün təhlükə təşkil edirdi.
Tramp həmçinin başqa ölkələri öz gəmilərini müdafiə etməyə çağırıb.
Donald Trampın açıqlamasını şərh edən İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib ki, İran Hörmüz boğazında pilotsuz uçuş aparatını itirməyib.
O, ABŞ-ın yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurduğunu deyib.
“Hörmüz boğazında və ya başqa bir yerdə pilotsuz uçuş aparatı itirmədik. “USS Boxer” gəmisinin yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurması ehtimalından narahatıq”, – o qeyd edib.
Daha əvvəl isə İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif İrana aid pilotsuz uçuş aparatının vurulduğuna dair məlumatın olmadığını açıqlamışdı./Publika.az/
www.yenicag.az