İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı

İranda prezident seçkiləri 2021-ci il iyunun 18-də keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər nazirinin müavini Camal Orf açıqlama verib.

“İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə razılığa gəldikdən sonra seçkilərin 18 iyun 2021-ci ildə keçirilməsi qərara alındı”,- deyə açıqlamada qeyd edilib.

Camal Orf, həmçinin bildirib ki, seçki prosesinin başlanğıcı 2021-ci ilin fevral – mart aylarına planlaşdırılıb.

COP29