İranda rejim dəyişərsə, Azərbaycana kütləvi köç olacaqmı? – Politoloqdan PROQNOZ

media-hightechnic-468x90

“İranda mümkün rejim dəyişikliyindən sonra Azərbaycana kütləvi deyil, mərhələli və vəziyyətə uyğun dəyişən miqrasiya baş tuta bilər.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-zuriye-qarayevajpg-1750829435

Politoloq İrandakı iğtişaşlar fonunda mümkün hakimiyyət dəyişikliyindən sonra güney azərbaycanlıların vətənə köçü ehtimalını belə şərh edib:

“İranda mümkün çevriliş və ya hakimiyyət dəyişikliyi Cənubi Azərbaycan üçün mühüm nəticələr doğura bilər. Çünki bu region həm demoqrafik baxımdan böyükdür, həm də siyasi baxımdan həssasdır. Əgər hakimiyyət Pəhləvi xəttinə qayıdarsa, tarixi təcrübə göstərir ki, mərkəzləşdirilmiş və fars millətçiliyinə söykənən idarəçilik modeli yenidən güclənə bilər.

Keçmişdəki kimi mədəni-siyasi hüquqların məhdudlaşdırılması ehtimalı Cənubi Azərbaycan türkləri arasında ciddi narazılıq doğura bilər. Belə bir vəziyyətdə təhlükəsizlik və sosial təzyiqlər səbəbindən müəyyən miqyasda köç dalğası istisna edilmir. Amma bu, milyonlarla insanın birdəfəlik axını kimi kəskin ssenari deyil, daha çox mərhələli miqrasiya forması ola bilər.”

Züriyə Qarayeva Azərbaycana kütləvi köçün idarəolunmaz böhran yaratmayacağını qeyd edib:

“Kütləvi miqrasiya baş verərsə, Bakı humanitar və iqtisadi infrastruktur üzərində təzyiq hiss edə bilər. Lakin ölkənin son illərdəki böhran idarəetməsi və qaçqın-miqrant təcrübəsi nəzərə alınarsa, bu yükü müəyyən çərçivədə idarə etmək mümkündür.

Əsas siyasi reallıq budur ki, İran daxilindəki hər hansı dəyişiklik geosiyasi balansa təsir edəcək. Azərbaycan bu prosesdə milli maraqlar baxımından daha aktiv və praqmatik siyasət yürütməyə məcbur qalacaq. Nəticədə, ssenari nə qədər gərgin olsa da, Azərbaycan üçün tam idarəolunmaz böhran perspektivi gözlənilmir, lakin strateji hazırlığın əhəmiyyəti daha da artacaq.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa