İrandakı çaxnaşma yerli bazarı vurdu: Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?

media-hightechnic-468x90

İranda baş verən son hadisələr fonunda paytaxt bazarları və topdansatış mərkəzlərində qonşu ölkədən idxal olunan məhsulların qiymətində artım müşahidə olunur. Mövcud bahalaşmanın nə vaxta qədər davam edəcəyi isə əsas sual doğuran məqamdır.

Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, gərginliyin uzanması iqtisadi təsirləri daha da dərinləşdirə bilər:

media-g61kedc_1744699750-full-1

“İranda baş verən gərginliklər və qeyri-sabitlik Azərbaycana gətirilən məhsullara əsasən logistik və qiymət baxımından təsir göstərir. Sərhəd-keçid proseslərində ləngimələr, nəqliyyat xərclərinin artması və bəzi hallarda tədarükün müvəqqəti dayanması müşahidə oluna bilər”.

Ekspertin sözlərinə görə, bu vəziyyət xüsusilə ərzaq məhsulları, tikinti materialları və gündəlik istehlak mallarında qiymət artımı və təchizatda fasilə riski yaradır:

“Eyni zamanda, ticarət dövriyyəsində ehtiyatlılıq artdığı üçün idxalçılar alternativ bazarlara yönələ bilər ki, bu da daxili bazarda struktur dəyişikliklərinə səbəb olar. Ümumilikdə təsir hələlik qısamüddətli və seçici xarakter daşıyır, lakin gərginlik uzanarsa, iqtisadi zərbələr daha da kəskinləşəcək”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa