“Türkiyə-Rusiya-İran üçlüyünün birgə apardığı Astana danışıqlarında anlaşılmazlıq qaçınılmaz olacaq”.
Yenicag.az xəbər verir ki, bunu İran Xarici Işlər Nazirliyinin sözcüsü Bəhram Qasımi bildirib.
“Hər hansı bir ölkə Suriya mərkəzi hakimiyyətindən icazə almadan əməliyyat aparmamalıdır. Bu Türkiyə-Rusiya-Iranın Suriyada problemin həlli üçün başlatdığı Astana danışıqlarına mənfi təsir göstərəcək” – deyə iranlı diplomat Türkiyənin Suriyada terrorçulara qarşı başlatdığı əməliyyatlara münasibət bildirib.
“Biz təklif edirik ki, bir əməliyyat keçiriləcəksə, bu öncədən Suriya mərkəzi hakimiyyəti ilə razılaşdırılmalıdır. Bunun Astana danışıqlarına mənfi təsir etməsini istəmirik. Hazırda problemin həllində müsbət nəticələr əldə olunub. Türkiyə ilə bu istiqamətdə danışıqlar davam edir. Əməliyyatlar hələki bir etimal kimi qalır. Əgər baş tutarsa onda bu barədə geniş düşünməyə ehtiyac olacaq” – deyə Qasımi əlavə edib.