Xamneyi postunu itirir? – Müharibədən sonrakı yeni lider ssenarisi

media-hightechnic-468x90

“Müharibədən sonra yeni ali dini rəhbər seçilə bilər”

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

media-gr5scigbuo1fhgvum5zwetgro44xsjgiffgjdono_640

Politoloq İranın ali dini lideri postuna namizəd göstərilən Müctəba Xamneyinin huşsuz vəziyyətdə olması iddialarına münasibət bildirərək, ölkənin gələcək taleyi haqqında vacib proqnozlar irəli sürüb:

“Hazırda ABŞ və İran qarşıdurması davam etdikcə, Xamneyinin vəziyyəti barəsində hər hansı rəsmi açıqlama verilməyib. Məhz Müctəba Xamneyinin hakimiyyətə gətirilməsi SEPAH tərəfindən Amerikaya siyasi və psixoloji təzyiq vasitəsidir. Onlar Amerikaya bildirmək istəyirlər ki, İran rejimi öz dayanıqlığını qoruyub saxlamaqdadır.

Nə qədər ki müharibə ehtimalı və gərginlik davam edəcək, Müctəba Xamneyinin huşsuz vəziyyətdə olması məlumatı təsdiqlənməyəcək, nə də ölümü açıqlanacaq. Onun yerinə bütün qərarlar başqaları tərəfindən veriləcək. Hesab edirəm ki, hazırda SEPAH onun adından qərarlar qəbul etməkdədir.

Proseslər bu formada davam edəcək və düşünürəm ki, müharibədən sonra yeni lider seçilə bilər və Müctəba Xamneyi ali dini rəhbər vəzifəsindən uzaqlaşdırıla bilər. Digər tərəfdən, rejimin dəyişməsi də istisna deyil. Proses dalana dirənib. İran rejimi “ölüm ya qalım” dilemması qarşısındadır. Hər hansı qərarların verilməsi hər bir halda SEPAH-dan asılı olacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05