İranla birgə mübarizə – İŞİD-ə qarşı

media-hightechnic-468x90

74064İran müdafiə naziri Hüseyn Dehqanın Bakıya səfəri zamanı hərbi texnika sahəsindəı təcrübə mübadiləsi barədə anlaşma əldə edilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin bildirib ki, səfər zamanı həmçinin Azərbaycan və İran arasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunub.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq: “Komissiyaya İran və Azərbaycanın müdafiə nazirləri rəhbərlik edəcək. Komissiyanın əsas funksiyası ölkələr arasında müdafiə sahəsində təkliflərin müzakirəsi olacaq”.

Həmçinin görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub. Xüsusi olaraq, İŞİD qruplaşması, “Əl-Qaidə” ilə bağlı məsələlər müzakirə edilib. Qərara alınıb ki, dini radikalizmə qarşı birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600