İranlı mühacirlər polisə yalvardı: “Birimizi edam edəcək, digərimizin isə qolunu kəsəcəklər”

Türkiyənin Adana vilayətində saxlanılan İran əsilli sevgililər ölkələrinə geri qayıtmamaq üçün göz yaşı töküblər.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyəyə illeqal yollarla daxil olan iranlı, əfqanistanlı və pakistanlı qaçqınlar Adanada saxlanılıblar. İranlı sevgililər geri göndərilməmək üçün polisə yalvarıblar. Onlar ölkələrinə gedəcəkləri təqdirdə birinin edam olunacağını, digərinin isə qolunun kəsiləcəyini bildiriblər.

Adana polis şöbəsinin verdiyi məlumata görə, onlar ölkəyə Van vilayətindən daxil olublar. 31-i Əfqanıstan, 18-i Pakistan, 2-si İrandan olan 51 qaçaq əvvəlcə İstanbula oradan isə Avropaya getməyi planlaşdırırmışlar.

Qeyd edək ki, onların hamısı deportasiya edilib.

COP29