!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraq Kürdüstanındakı referendumun mümkün nəticələri - Neft bahalaşacaq...  

!Reklam – Yazi

İraq Kürdüstanı bu gün Bağdaddan ayrılmaqla bağlı referendum keçirir. İraqın kürdlər yaşayan bu bölgəsi neft və təbii qazla zəngindir.

Görəsən, referendumun nəticələri hazırda kürd muxtariyyətinə rəhbərlik edən Bərzaninin istəyinə uyğun şəkildə nəticələnsə, baş verən hadisə dünyada neft və qazın qiymətinə nə kimi təsir göstərəcək?

Yenicag.az xəbər verir ki, neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev açıqlamasında İraq Kürdüstanındakı müstəqilliklə bağlı referendum addımının neftin qiymətinin bahalaşmasına gətirib çıxaracağını bildirib: “İraq Kürdüstanı elə bir coğrafi məkanda yerləşib ki, orada qəbul olunan siyasi qərarlar bir neçə dövlətin birbaşa olaraq regional maraqlarına təsir edəcək. Bu dövlətlər Türkiyə, İran və Suriyadır. Çünki belə bir qondarma qurumun yaradılması bölgənin siyasi xəritəsini dəyişməklə yanaşı, Yaxın və Orta Şərqdə neft ixracı axınına da müəyyən dərəcədə təsir edəcək. Ona görə də, Bağdad hökuməti aparıcı dünya şirkətlərindən İraq Kürdüstanı ilə neft yataqları məsələsində əməkdaşlığı dayandırmağı tələb edib. Böyük ehtimalla, İraq Kürdüstanında yaşayan seçicilərin əksəriyyəti referendumda qoyulan məsələyə “hə” cavabı verəcək. Görünür, böyük güclər həmin ərazidə Ermənistan kimi monoetnik bir dövlət qurmaq istəyirlər. Bu proses isə sözsüz ki, neftin qiymətinə bahalaşmasına müəyyən təsir göstərəcək.

İraq Kürdüstanında hasil edilən neft Kərkük-Yumurtalıq neft boru xəttilə Ceyhan limanından beynəlxalq bazarlara nəql edilir. Buradan sutkalıq 500-600 min barel neft çıxarılır. Hansı ki, qarşıdakı illərdə bu həcm arta da bilər. İraq Kürdüstanı ərazisindəki digər yataqlarda isə Rusiyanın “Lukoyl” və “Qazprom” şirkətlərinin törəmə müəssisələri də iştirak edir. Bütün bunlar bölgənin enerji yataqları ilə kifayət qədər zəngin oduğunu göstərir.

Referendumdan sonra bölgədə yeni bir silahlı qarşıdurma yaranarsa, təbii ki, proses birbaşa neft ixracına da təsir göstərəcək və onun nəticəsi olaraq “qara qızıl”ın qiyməti də arta bilər. İraq OPEK daxilində ən çox gündəlik neft hasil edən ikinci dövlətdir. Neft hasilatı 4,4 milyon bareldən, ixracat isə 3,2 milyon bareldən çoxdur. Hansı ki, həmin ixracat da birbaşa Bəsrə limanından həyata keçirilir. İraqdakı ən böyük yataqlardan biri də Kürdüstan ərazisində və Kərkükdədir.

Ümumiyyətlə sentyabr ayı neftin qiymətinin artmasına xidmət edən aylardandır. ABŞ-dakı təbii fəlakət, bu fonda qazma aktivliyinin, yataqların məhsuldar fəaliyyətinin aşağı düşməsi, İraq Kürdüstanında referendumla bağlı qeyri-qanuni hərəkatın həyata keçirilməsi də neftin qiymətinin bahalaşmasına təkan verən faktorlardır. Yaxın Şərqdə belə bir qondarma qurumun formalaşması bölgənin siyasi xəritəsinə, həm də enerji axınına mənfi təsir göstərəcək”.

COP29

www.yenicag.az

1125
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv