Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“İrəvan münaqişə müddətində ilk dəfədir ki...” – Nalbandyanın çıxışına reaksiya

Reklam: High Technic

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan işğal altındakı Azərbaycan ərazilərinin qaytarılacağını anons edib.

Yenicag.az xəbər verir ki, İrəvanda keçirilən VI “Ermənistan-Diaspora” forumunda çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasına dair fikirlər səsləndirib.

Erməni nazir müzakirə olunan bu planla bağlı ümumi şəkildə danışaraq, detalları açıqlamaqdan yayınıb:

“Söhbət Qarabağın təhlükəsizliyinə və inkişafına təhdid yaratmayan ərazilərin azad edilməsindən gedir. Ancaq bunun detallarını aça bilmərəm”.

Göründüyü kimi, Nalbandyan bu çıxışı ilə aparılan danışıqlar prosesində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini – Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının müəyyən mənada razılaşdırıldığını etiraf edib.

Nalbandyanın bu fikirlərini Yenicag.az-a şərh edən politoloq Aydın Quliyevin fikrincə, Ermənistan xarici işlər nazirinin açıq mətnli etirafı beynəlxalq vasitəçilərin İrəvana təzyiqləri artırmasının nəticəsidir:

“Açıq danışsaq, Nalbandyanın bu bəyanatı Dağlıq Qarabağ münaqişəsinin yarandığı tarixdən sonra Ermənistan rəsmiləri tərəfindən səsləndirilən ən real və nisbətən obyektiv mövqe hesab oluna bilər.

Yəni Ermənistan münaqişə müddətində ilk dəfədir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması barədə bu qədər açıq danışır. Əlbəttə ki, Nalbandyanın bu fikirləri məhz erməni diasporasının təmsilçiləri ilə görüşdə səsləndirməsi də maraqlı məqamdır.

Erməni nazirin Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılacağını bəyan etməsi ilk növbədə beynəlxalq vasitəçilərin İrəvana təzyiqinin nəticəsi hesab oluna bilər.

Xatırlayırsızsa, ABŞ-ın Minsk qrupundakı həmsədri Hoqland da özünün son təkliflərində Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsinin zəruriliyini xüsusi qeyd etmişdi.

Ona görə də, əminliklə deyə bilərik ki, ATƏT-in Minsk qrupunun Ermənistana təzyiqləri artırması İrəvanı geri çəkilmək məcburiyyətində qoyub.

Digər tərəfdən, beynəlxalq vasitəçilər Ermənistanı güzəştə yönəltməklə, Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi hüququndan istifadəsinə ehtiyac duymamağa çalışırlar. İrəvan isə vəziyyətin ciddiliyini nəzərə alaraq, geri çəkilməkdən başqa yol qalmadığını qəbul edib.

Nalbandyanın fikirlərindəki “Dağlıq Qarabağ üçün təhlükəsizlik törətməyən ərazilər” ifadəsi məncə, daxili auditoriyanı sakitləşdirmək üçün işlədilib.

Çünki Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların işğalını bütövlükdə “təhlükəsizlik məqsədi” ilə “əsaslandırmağa” cəhd göstərirdi. Ancaq indi etiraf edirlər ki, məqsəd təhlükəsizlik yox, sadəcə, Azərbaycan ərazilərinin işğalı olub.

Nalbandyanın bu bəyanatından sonra yəqin ki, yaxın müddətdə onun açıqlamaq istəmədiyi müəyyən təfərrüatlar da üzə çıxacaq”.

A. Zeynalov

www.yenicag.az

1307
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM