İrəvanda paralel siyasi PLANLAR: Paşinyan və müxalif elitalar arasında qarşıdurma ARTIR

media-hightechnic-468x90

 

Ermənistanda genişmiqyaslı hakimiyyət dəyişikliyi ssenarilərinin müzakirə olunması Baş nazir Nikol Paşinyanı ciddi narahat edib.

Yenicag.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, son vaxtlar əldə olunan kəşfiyyat məlumatlarında ölkədə hökumət dəyişikliyinə yönəlik planların formalaşdığı barədə Paşinyana məruzə olunub. Bu məlumatlar fonunda Baş nazir yaxın çevrəsinə vəziyyəti nəzarətdə saxlamaq və “istənilən təşəbbüsü yerindəcə boğmaq” göstərişi verib.

Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələrinin bildirdiyinə görə, artıq əməli tədbirlərə start verilib. Bu prosesin ilk hədəflərindən biri tanınmış iş adamı və “Taşir” qrupunun rəhbəri Səmvəl Karapetyanın saxlanılması olub. Digər addım isə sabiq Baş nazir Hovik Abrahamyanın gözlənilməz həbsi ilə atılıb. Hərçənd, sonradan o, ev dustaqlığına buraxılıb, lakin barəsində sərt məhdudiyyətlər tətbiq edilib – hətta nəvəsinin toyunda iştirak etməsinə belə icazə verilməyib.

Məlumatlara görə, bu addımlar Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana son səfəri ilə də əlaqələndirilir. “Joxovurd”un yazdığına əsasən, Lavrov İrəvanda bir sıra sabiq siyasi və işgüzar fiqurlarla, o cümlədən Karapetyan və Abrahamyanla qapalı görüşlər keçirib. Bu görüşlərdə siyasi məsələlərin də müzakirə olunması rəsmi Yerevanda hakimiyyət üçün təhlükə kimi qiymətləndirilib.

Mənbələrin iddiasına görə, Nikol Paşinyan yaxın çevrəsinə bəyan edib ki, hakimiyyətin sabitliyini təhdid edəcək hər hansı güc “ani və sərt reaksiya” ilə üzləşəcək. Artıq Karapetyan həbs olunub, Abrahamyan ev dustaqlığına salınıb, digərləri isə hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Hazırkı situasiya göstərir ki, Ermənistan hakimiyyəti Paşinyanın iqtidarda qalması üçün “özünümüdafiə rejiminə” keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600