!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İrəvanın gözü Moskva ilə Tehrandadır" - Ekspert

!Reklam – Yazi

Avropa ittifaqı ilə Şərq Tərəfdaşlığı platforması çərçivəsində əldə olunan razılaşmadan sonra Ermənistanda anti-Rusiya ab-havası sürətlə yüksəlir. Ən azından son zamanlar erməni mətbuatında bu tip yazılar geniş yayılmağa başlayıb.

Görəsən, Ermənistanda artan anti-Rusiya əhval-ruhiyyəsi son olaraq öz məqsədinə nail ola biləcəkmi?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında bildirdi ki, Ermənistanda anti-Rusiya ovqatı yüksəlməyə başlasa da, yaxın perspektivdə onun ciddi nəticələrə nail olacağı gözlənilmir:

“Ermənistanda ölkə əhalisinin müəyyən qismində, o cümlədən müxalifətdə belə bir əminlik var ki, İrəvan yaxın perspektivdə Rusiyanın təsir dairəsindən qurtulub, Avropa və ABŞ-la fərqli münasibətlər qura bilər. Hərçənd Ermənistanın indiki iqtidarının birmənalı şəkildə Rusiyadan asılı olduğu heç bir ekspertdə şübhə doğurmur. Bildiyiniz kimi, bu günlərdə Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı məsələ gündəmi zəbt etdi. Bu da ondan irəli gəlirdi ki, ABŞ prezidenti Tramp öz səfirliyini Qüdsə köçürtməklə bağlı qərar verdikdən sonra İslam ölkələrinin əksəriyyəti tərəfindən adekvat mövqe ortaya qoyuldu. Hətta ABŞ-ın müttəfiqi sayılan dövlətlər belə Trampın qərarını dəstəkləmədi. Bunu deməkdə məqsədim odur ki, Qüdslə bağlı məsələ BMT Baş Assambleyasında müzakirəyə çıxarılarkən İrəvanın manevr edərək, ABŞ-la İsrailin yanında olmaq imkanları var idi.

Ermənistan Aİ-nin Şərq Tərəfdaşlığı ilə bağlı əlaqələrin genişləndirilməsi məsələsinə imza atmaqla Rusiya ilə münasibətləri həqiqətən də soyutmaq istəyirdisə, ardınca Sarkisyan hakimiyyəti Qüds məsələsində məhz Vaşinqtonla Tel-Əvivin yanında ola bilərdi. İlk baxşdan bu, həmçinin Azərbaycan-İsrail münasibətlərinə vurulan zərbə kimi də qiymətləndirilə bilərdi. Çünki həmin müzakirələr zamanı Azərbaycanın 128 dövlətlə birgə BMT qətnaməsinin lehinə səs verməsi fonunda İrəvan bunun əksinə gedə bilərdi. Yəni düşmən ölkə Azərbaycanın İsrailin marağına cavab verməyən mövqeyindən istifadə edərək, əks addım atmaqla Vaşinqton və Təl-Əvivlə yaxınlaşa bilərdi. Amma Ermənistan bu addıma ona görə getmədi ki, ağası Rusiya mötəbər qurumda qoyulan məsələnin qəbul edilməsi lehinə səs verdi. Həmçinin, İrəvan özünün iqtisadi və siyasi mənada əsas müttəfiqlərindən olan İranın da incik düşə biləcəyini nəzərə alaraq, BMT Baş Assambleyasında ABŞ-ın marağına cavab verən addımı atmadı.

Əslində bu, həm də onun göstəricisidir ki, Ermənistan hakimiyyətinin müstəqil siyasət yürütmək gücü yox dərəcəsindədir. Erməni iqtidarı bu və ya digər addım atarkən adətən, Moskva və Tehrana boylanır. Ona görə də Ermənistanda cərəyan edən anti-Rusiya ovqatının yaxın perspektivdə Sarkisyan iqtidarının hakimiyyətdən gedəcəyilə sonuclanacağını düşünmürəm. Çünki bu iqtidarın Rusiya ilə bağlı əlaqələri və İranla bağlı mövqeyi göz önündədir. Düzdür, Ermənistanda sosial-iqtisadi durum ağırdır və ağırlaşmaqda da davam edir. Aprel döyüşlərindəki məğlubiyyət erməni cəmiyyəti və ordusunda mənfi rezonanslar doğurub.

Lakin buna baxmayaraq, yaxın perspektivdə Ermənistanın Qərbin ağuşuna atıla biləcəyi istiqamətində ciddi imkanların olduğunu da görmürəm. Hələ ki, Qərb də Ermənistanı özünün məsləhət bildiyi müstəvi üzərinə gətirmək istəmir. Bu istiqamətdə onlar tərəfindən ciddi mesajların olduğunu müşahidə etmirik. Baxmayaraq ki, İrəvan Aİ-nin Şərq Əməkdaşlığı Müqaviləsinə imza atıb, Azərbaycan və Gürcüstanla müqayisədə Aİ-də Ermənistana münasibət kifayət qədər fərqlidir. Gün kimi bəllidir ki, Ermənistan bölgədə sülh və sabitliyə ciddi təhlükə təşkil edən və terroru dəstəkləyən dövlətlərdəndir. Ona görə də Qərb Ermənistana ciddi investisiya və kapital qoymaq fikrindən uzaqdır. Bu mənada Qərbin transmilli şirkətlərinin Ermənistanla ciddi layihələrə malik olmaması onu göstərir ki, yaxın perspektivdə İrəvanın Aİ-lə ciddi münasibətlər qurmaq imkanları kifayət qədər məhduddur. Ermənistanda Qərblə münasibətləri 180 dərəcə dəyişə biləcək hakimiyyət iqtidara gəlməyincə, anti-Rusiya ovqatlarının cərəyan edən proseslərə ciddi bir təsiri olmayacaq.

Psixoloji və sosial aspektdə müəyyən təsirləri ola bilər, amma bu amillərin rusiyapərəst Sarkisyan iqtidarının hakimiyyətdən kənarlaşdırıla biləcəyilə nəticələnəcəyini istisna edərdim”.

ELÇİN

 

COP29

www.yenicag.az

1347
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv